Ərdoğan: “Əvvəllər amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 24 sentyabr 2021 15:09 (UTC +04:00)

“Əvvəl amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb. Təəssüf ki, ABŞ terror təşkilatları ilə mübarizə aparmır, gözləniləndən də artıq dəstək verir”.

APA-nın yeri bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda, onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR