Ərdoğan: “Gürcüstan və Azərbaycanla üçtərəfli əməkdaşlığımıza böyük əhəmiyyət veririrk”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuat konfransında

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuat konfransında

# 01 iyun 2021 21:10 (UTC +04:00)

“Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı olaraq görür”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə ikitərəfli və heyətlərarası görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Prezident deyib ki, Gürcüstanla ikitərəfli və regional əlaqələrlə bağlı təkbətək və heyətlərarası görüş səviyyəsində hərtərəfli müzakirə aparılıb: “Qonşu Gürcüstanla regionumuzun əhatəsini dəyişdirən böyük layihələrə imza atmışıq. Bu çərçivədə Türkiyə üzərindən Qafqaz və Orta Asiyaya keçən Çinə qədər uzanan Şərq-Qərb Ortaq Dəhlizi layihəsini həyata keçirdik. Böyük İpək yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolundan ixracat qatarlarımız Rusiya və Çinə səfərlər təşkil edir. Mərmərə ilə Avropanı əlaqələndirən bu qatar xəttinin daha məhsuldar çalışması üçün də fikir mübadiləsi apardıq”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünü hər zaman tanıyır.

Türkiyə Prezidenti gürcüstanlı liderlə regional məsələlərlə bağlı fikir mübadiləsi apardığını bildirərək deyib ki, Azərbaycanla üçtərəfli əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir: “Azərbaycan-Gürcüstan-Ermənsitan əməkdaşlığı və yaxud Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığını Türkiyə olaraq hər zaman dəstəkləyirik”.

R.T.Ərdoğan 2021-ci il ərzində Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının görüşünün olacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR