Ərdoğan Makronla görüşəcək

Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron

© APA | Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron

# 27 oktyabr 2021 16:20 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

APA-nın yerli bürosunun CNN “Türk”ə istinadən verdiyi xəbərə görə, görüş 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacaq.

Görüşdə tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri və Şərqi Aralıq dənizinin təhlükəsizliyi məsələsi başda olmaqla bir çox mövzularda müzakirə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR