Ərdoğan Putinlə Rusiya-Ukrayna gərginliyini müzakirə edəcək

Ərdoğan Putinlə Rusiya-Ukrayna gərginliyini müzakirə edəcək
# 02 dekabr 2021 15:09 (UTC +04:00)

“Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı sabah cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışacaq. Məsələnin tərəflər arasında heç bir gərginliyə yol vermədən siyasi yollarla həll edilməsinin tərəfdarıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində bildirib.

O, iki ölkə liderinin bir çox məsələlərə toxunacağını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR