Ərdoğan: “S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik”

Ərdoğan: “S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik”

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden

# 14 iyun 2021 22:28 (UTC +04:00)

“S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezidenti ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

R.T.Ərdoğan bir daha vurğulayıb ki, ABŞ “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə satmadığı üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb.

Türkiyə Prezidenti ABŞ liderini Türkiyəyə dəvət etdiyini bildirib, Co Bayden gərgin iş rejimi yüngülləşdikdən sonra Türkiyəyə gedəcəyini dair vəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR