Ərdoğan: “Suriyada Putindən gözləntilərim çox fərqlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 24 sentyabr 2021 15:02 (UTC +04:00)

“Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərim var”.

APA-nın yeri bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyənin həmrəylik içində olmasının vacibliyini müzakirə edəcəyini vurğulayıb: “Suriyada Putindən gözləntilərim çox fərqlidir. Bu mübarizəni cənubda birgə aparmağımız lazımdır. Hazırda göründüyü kimi, Amerika Suriya ilə münasibətilərində çox da maraqlı deyil. Bölgədə də Türkiyə, İran, Rusiya var. Bu bölgədə də bir sülh şəraiti yaratmağımızı müzakirə etməyimiz vacibdir”.

Onun sözlərinə görə, Türkiyənin ikitərəfli münasibtlərinin daha da inkişaf etdirilmə cəhdləri var: “Əgər hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR