Ərdoğan Türkiyədə erkən seçkilərin keçirilməyəcəyini bəyan edib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 23 noyabr 2021 14:41 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin əvvəlcədən müəyyən olunduğu vaxtda keçiriləcəyini bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) genişləndirilmiş iclasında çıxış edərkən deyib.

“Hələ də “erkən seçkilər, erkən seçkilər” deyirlər. Erkən seçki olmayacaq, 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə həm yenidən prezident olmaq uğrunda mübarizəmizi qazanacağıq, həm də partiyamız parlamentdə çoxluğu əldə etməklə daha bir rekord əldə edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR