Ərdoğanla Bayden arasında görüş başa çatıb - FOTO - YENİLƏNİB

Ərdoğanla Bayden arasında görüş başa çatıb - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden

# 14 iyun 2021 21:08 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

APA-nın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

***

Saat 20:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

APA-nın xəbərinə görə, Türkiyə və ABŞ liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, iki lider arasında görüş Türkiyə vaxtı ilə saat 18.00-a təyin edilsə də, sonradan 1 saat geri çəkilib.

Görüşdən sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR