Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonla danışıb.
APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbərinə görə, Ərdoğanla Merkel Əfqanıstandakı son vəziyyətlə bağlı müzakirə aparıblar.
Hər iki lider Əfqanıstandakı təxliyələrin ən önəmli məsələ olması istiqamətində razılaşma əldə edib.