Erinç Sağkan Türkiyə Vəkillər Kollegiyasına sədr seçilib

Erinç Sağkan

© APA | Erinç Sağkan

# 05 dekabr 2021 19:10 (UTC +04:00)

Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib.

APA-nın yerli bürosunun “CNN Türk”-ə istinadən xəbərinə görə, Vəkillər Kollegiyasının sədri 25 səs çoxluğu ilə indiki Ankara Vəkillər Kollegiyasının sədri Erinç Sağkan seçilib.

Qeyd edək ki, 4-5 dekabrda Türkiyə Vəkillər Kollegiyasınının 36-cı fövqəladə iclasında keçirilən seçkilərdə indiki sədr Metin Feyzioğlu ilə E.Sağkan yarışıb.

E.Sağkan 156 səsə qarşı 181 səslə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR