Ermənilərin törətdiyi qətlə görə Sent-Etyen şəhərində nümayiş keçirilib

Sent-Etyen şəhərində etiraz

© APA | Sent-Etyen şəhərində etiraz

# 08 iyun 2021 21:25 (UTC +04:00)

Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.

APA xarici mediaya istinadən xəbər verir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videodan məlum olur ki, ermənilər bıçaqla yaralayaraq yerə yıxdıqları qambiyalı gənci sonradan təpikləyiblər.

Bildirilir ki, hadisə irqçilik zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhər merinin də qatıldığı qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR