Estoniyanın Sankt-Peterburqdakı konsulu "persona non qrata" elan olunub

Estoniyanın Sankt-Peterburqdakı konsulu "persona non qrata" elan olunub
# 07 iyul 2021 17:52 (UTC +04:00)

Estoniyanın Sankt-Peterburqdakı konsulu Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən "persona non qrata" elan olunub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Estoniyanın Rusiyadakı səfirliyinin müvəqqəti işlər vəkili U.Uibo Rusiya XİN-ə çağırılıb və bu barədə məlumatlandırılıb.

"Rusiya tərəfi Sankt-Peterburqdakı Estoniya Baş Konsulluğunun konsulu Marta Lattenin diplomatik statusa uyğun olmayaraq kəşfiyyat məlumatları toplama fəaliyyətinə qarşı kəskin etiraz edib. Estoniya konsulluq idarəsinin sözügedən əməkdaşı “persona non qrata” elan edilib və o, Rusiya Federasiyasının ərazisini 48 saat ərzində tərk etməlidir", - deyə Rusiya XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR