Estoniyanın yeni prezidenti seçilib

Alar Karis

© APA | Alar Karis

# 31 avqust 2021 15:53 (UTC +04:00)

Alar Karis Estoniyanın yeni prezidenti seçilib.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Estoniya parlamentində (Riyqikoqu) dövlət başçısının müəyyənləşdirilməsi üçün səsvermənin ikinci raundu baş tutub.

Səsvermə zamanı Alar Karis 72 parlament üzvünün dəstəyini qazanaraq ölkənin növbəti prezidenti seçilib. Gizli keçirilən səsvermədə ümumilikdə 80 parlament üzvü iştirak edib, onlardan 72-si A. Karisin lehinə səs verib, 8-i isə seçki bülletenini boş qaytarıb.

A. Karrisə bu postu tutmaq üçün lazım olan minimal səs sayı 68 olub.

Qeyd edək ki, 63 yaşlı Alar Karis ölkənin sabiq baş auditoru, Tartu Universitetinin keçmiş rektoru olub. O, prezident postunu tutmaq üçün Estoniya parlamentinə iki həftə öncə razılıq verib. Səsvermənin birinci raundu bazar ertəsi keçirilib, lakin A. Karis cəmi 63 səs qazana bilib. Estoniyanın hazırkı prezidenti Kersti Kalyulaydın səlahiyyət müddəti oktyabrda başa çatacaq. A. Karisin bu kürsüyə namizədliyi Mərkəz Partiyası tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR