Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb

Fransanın xarici işlər naziri Jan-İv Le Drian

© APA | Fransanın xarici işlər naziri Jan-İv Le Drian

# 18 sentyabr 2021 05:16 (UTC +04:00)

Rəsmi Paris “Naval Group” sualtı qayıq müqaviləsininin ləğv edilməsi ilə əlaqədar ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

APA xəbər verir ki. bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, bu addım prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliya və ABŞ-ın birgə verdiyi açıqlamaların xüsusi ciddiliyi ilə əsaslandırılır”, deyə nazir vurğulayıb.

Xarici işlər naziri Kanberranın sualtı layihədən çəkilməsinin və yeni bir hərbi ittifaq çərçivəsində ABŞ-ın Avstraliya Hərbi Dəniz Qüvvələri ilə nüvə sualtı gəmilər yaratmağın mümkün əməkdaşlığın "müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranış olduğunu" söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR