Fransa həbsxanalarının birində məhkum iki gözətçini girov götürüb

Fransa həbsxanalarının birində məhkum iki gözətçini girov götürüb
# 05 oktyabr 2021 14:59 (UTC +04:00)

Fransanın Konde-sür-Sart şəhərində (Normandiya) yerləşən həbsxananın məhkumu iki həbsxana gözətçisini girov götürüb.

APA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, məhbus təxminən 10:00-da (Bakı vaxtı ilə 12:00) iki həbsxana gözətçisinə hücum edərək onlardan birini yaralayıb. Qeyd edilir ki, sözügedən məhkum zorakılıq və ölüm üstə ömürlük həbs cəzası çəkir. Hazırda polisin xüsusi qrupu həmin məhkumla əlaqə qurub və onunla danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR