Fransa-İsveçrə münasibətlərində problem yaranıb

Emmanuel Makron, Fransa Prezidenti

© APA | Emmanuel Makron, Fransa Prezidenti

# 19 sentyabr 2021 18:45 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron noyabr ayında İsveçrəyə planlaşdırılan səfərini ləğv edib.
APA-nın xəbərinə görə, bu barədə “Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrləri məlumat yayıb.
E. Makronun belə qərar verməsinin səbəbi İsveçrənin Fransadan dəyəri 6 milyard dollardan çox olacaq “Rafale” tipli qırıcı təyyarələr almaqdan imtina etməsidir.
E. Makronun İsveçrə Prezidenti Qi Parmelan ilə görüşü üçün planlaşdırılan bu səfərə 6 ay hazırlıq görülüb. Ancaq İsveçrənin ordusu üçün Fransadan “Rafale” tipli qırıcı təyyarələr deyil, ABŞ-dan “F-35” qırıcı təyyarələri almağa qərar verməsindən sonra səfər ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR