Fransa polisi etiraz nümayişində gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi etiraz nümayişində gözyaşardıcı qazdan istifadə edib
# 07 noyabr 2021 04:44 (UTC +04:00)

Fransanın Renn şəhərində asayiş keşikçiləri etiraz nümayişini dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

APA “Ouest-France” qəzetinə istinadən xəbər verir ki, nümayiş iştirakçıları iqlim dəyişikliyi problemi ilə bağlı hərəkətə keçməyi tələb ediblər.

Nümayiş Şotlandiyanın Qlazqo şəhərində iqlim dəyişikliyinə həsr olunmuş COP26 sammitilə paralel baş tutub.

Polisin açıqlamasına görə, nümayişdə 1,2 min nəfər iştirak edib.

Yürüşə antifaşistlər və “sarı jiletlilər” də qoşulub.

Qeyd edək ki, Qlazqoda keçirilən COP26 konfransı oktyabrın 31-dən noyabrın 12-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR