Fransa polisi yalan partlayıcı qurğu xəbərdarlığı ilə bağlı 300-ə yaxın insanı təxliyə edib

Fransa polisi yalan partlayıcı qurğu xəbərdarlığı ilə bağlı 300-ə yaxın insanı təxliyə edib
# 21 oktyabr 2021 04:22 (UTC +04:00)

Fransa polisinə Lill yaxınlığında yerləşən Vertbaudet uşaq geyimləri şirkətinin anbarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

APA “Agence France-Presse”ə istinadən xəbər verir ki, xəbərinin yayılmasından sonra təxminən 300 işçini şirkətdən təxliyə edilib.

Prokurorluqdan bildirilib ki, hadisə yerinə 5 mühəndis-istehkam qrupu göndərilib. Araşdırma zamanı məlum olub ki, polisə bilərəkdən yalan məlumat verilib.

Yalan xəbər verən şəxs saxlanılıb. Onun həmin anbarda müvəqqəti işçi kimi çalışdığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR