Fransa Prezidenti Makron koronavirusa qarşı peyvənd olunub

Fransa Prezidenti Makron koronavirusa qarşı peyvənd olunub

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 01 iyun 2021 02:28 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi günü koronavirusa qarşı peyvənd olunub.

APA xəbər verir ki, bu barədə prezident “Twitter” hesabında yazıb.

Makron bütün fransızları peyvənd olunmağa çağırıb: “Mən və Brijit (həyat yoldaşı – red.) peyvənd olunduq. Hamı peyvənd olunsun, özümüzü və yaxınlarımızı qoruyaq”.

Fransa liderinin hansı peyvənddən istifadə etdiyi açıqlanmayıb.

Xatırladaq ki, Makron 2020-ci ilin dekabrında koronavirus infeksiyasına yoluxmuşdu. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR