Fransa Prezidenti Makronun gənclər arasında populyarlığı azalıb

Fransa Prezidenti Makronun gənclər arasında populyarlığı azalıb

© APA | Emmanuel Makron, Fransa Prezidenti

# 18 iyul 2021 14:05 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun koronavirus epidemiyası ilə bağlı tədbirlərin sərtləşdirməsi barədə açıqlaması gənclər arasında populyarlığını kəskin azalmasına səbəb olub.

APA bildirir ki, bunu “Le Journal du Dimanche” qəzeti yazıb.

Qeyd edək ki, sərtləşdirilən tədbirlər arasında tibb işçilərinin məcburi aşılanması, COVİD pasportlarından istifadənin artması var. Pasportlar olmadan kinoteatrlar, konsertlər, kafe və restoranlara, muzeylərə və supermarketlərə giriş mümkün olmayacaq.

Nəşr yazır ki, gənclərin ölkə liderindən narazılığı xeyli artıb.

Bundan başqa, Makronun aşılanmayanların işdən çıxarılmasını müdafiə edən çıxışları, 25 yaşdan 34 yaşa qədər olan qrupdakı insanların 68 faizi və 35 yaşdan 49 yaşadək qrupdakı respondentlərin 66 faizi tərəfindən pislənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR