Fransada avtomobilin kafenin ərazisinə girməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb - VİDEO

Fransada avtomobilin kafenin ərazisinə girməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb - VİDEO
# 30 iyul 2021 08:25 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə idarəetmədən çıxan avtomobil kafenin ərazisinə girib.

APA şəhər polisinin yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Parisin 17 -ci məhəlləsindəki Sofrois küçəsində baş verib. Sürücünün maşını qəza yerində qoyaraq qaçdığı bildirilib.

Yaralılardan biri, avtomobildə olan sərnişin reanimasiyaya yerləşdirilib.

Şəhər polisi kafenin ərazisini nəzarətə götürüb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR