Fransada daha 23,9 min nəfər COVID-19-a yoluxub

Fransada daha 23,9 min nəfər COVID-19-a yoluxub
# 20 avqust 2021 00:53 (UTC +04:00)

Fransada son sutka ərzində daha 23 973 nəfərin koronavirus infeksiyasına yoluxması, 127 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Fransada koronavirusa ümumilikdə 6 557 356 nəfər yoluxub. Bu müddət ərzində 113 103 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 990 572 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR