Fransada dini şüarlar səsləndirərək bıçaqla polisi hədələyən sürücü güllələnib

Fransada dini şüarlar səsləndirərək bıçaqla polisi hədələyən sürücü güllələnib
# 23 oktyabr 2021 01:14 (UTC +04:00)

Fransanın Kolomb şəhərində reyd zamanı sürücülərdən biri islam dininə uyğun şüarlar səsləndirərək polis əməkdaşını bıçaqla hədələyib.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə polisdəki mənbə məlumat yayıb.

Sürücü onun sənədlərini yoxlayan polis əməkdaşına əvvəlcə şüşə butulka atıb.

Özünü hədsiz dərəcədə aqressiv apardığı bildirilən sürücü daha sonra dini şüarlar səsləndirərək bıçaqla hüquq-mühafizə orqanları əməkdaşlarına tərəf hərəkət edib. Bu zamanı polislərdən biri xidmət silahı ilə atəş açaraq onu qarnından yaralayıb.

Fransa vətəndaş olduğu bildirilən sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis onun adının radikal islami ideyalara və terror aktları törətməyə meylli şəxslərin elektron məlumat bazasında qeyd edilmədiyini açıqlayıb.

Fransanın daxili işlər naziri Gerald Darmanen əməliyyatın uğurla başa çatması münasibətilə polisi təbrik edib.

"Biz indi həmişəkindən daha ayıq olmalıyıq və polis ön cəbhədə olmalıdır”, deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR