Fransada koronavirusun dördüncü dalğası başlayır, sərtləşdirmə gözlənilir

Fransada koronavirusun dördüncü dalğası başlayır, sərtləşdirmə gözlənilir
# 20 iyul 2021 03:22 (UTC +04:00)

“Fransada koronavirusun dördüncü dalğası əvvəlki mərhələlərə nisbətən daha yüksək yolxma dərəcəsi ilə müşahidə edilir”.

APA TASS-a istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Qabriel Attal Yelisey Sarayında Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.

O, ölkənin koronavirus pandemiyasının dördüncü dalğasına daxil olduğunu deyərək bir sıra rəqəmləri açıqlayıb: “Bir həftə ərzində koronavirus infeksiyası hallarının sayı iki dəfə artıb. İndi hər gün, təxminən 10 min yeni infeksiya qeydə alırıq”.

Q.Attalın sözlərinə görə, yoluxma hallarının 80 faizi Fransanın hər bir bölgəsində mövcud olan koronavirusun “delta” variantıdır.

Hökumət sözçüsü əlavə edib ki, COVID-19 ilə mübarizə tədbirlərinin sərtləşdirilməsinə dair qanun layihəsi yaxın günlərdə parlamentə təqdim ediləcək: “Nazirlər Şurası koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsinə yönəlmiş qanun layihəsini təsdiqlədi. Layihədə xüsusən kafe, restoran, ticarət mərkəzlərinə giriş, habelə teatr və muzeyləri ziyarət etmək üçün peyvənd sertifikatı və ya koronavirus üçün mənfi test nəticəsi sertifikatı tələb olunacaq. Sənəddə tibb işçilərinin məcburi peyvəndlənməsi də əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR