Fransada meşə yanğını 800 hektar ərazidə bitkiləri məhv edib

Fransada meşə yanğını 800 hektar ərazidə bitkiləri məhv edib
# 25 iyul 2021 01:23 (UTC +04:00)

Fransanın cənubundakı Od departamentində baş vermiş meşə yanğını nəticəsində azı 800 hektar sahədə bitki örtüyü məhv olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətindən bildirilib.

Məlumata görə, yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib.

“Son məlumata görə, 800 hektardan çox ərazi məhv olub. Yanğının sahəsi böyükdür, bütün qüvvələr hazırda yanğına qarşı mübarizəyə atılıb”, - deyə yanğın briqadasının nümayəndəsi bildirib. O qeyd edib ki, yanğının Fonkuvert kommunasına doğru yayılması səbəbindən xilasedicilər 120-dən çox insanı evlərindən çıxarmaq məcburiyyətində qalıb.

Yanğının söndürülməsində təxminən 500 xilasedici iştirak edir. Ölkənin cənubunda isti hava və güclü külək səbəbindən rəsmilər yerli sakinləri meşədə ocaq qalamamağa və siqaret kötüklərini atmazdan əvvəl tam söndürməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR