Fransada meşə yanğınına 11 təyyarə, 1 helikopter cəlb edilib

Fransada meşə yanğınına 11 təyyarə, 1 helikopter cəlb edilib
# 04 iyul 2021 06:10 (UTC +04:00)

Fransanın cənubunda “La Clap” massivində böyük bir meşə yanğını baş verib.

APA TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 250 hektar ərazidə bitki örtüyü məh olub.

Hazırda yanğın söndürülür, bir yanğınsöndürən yüngül xəsarət alıb.

Əraziyə 500-ə yaxın yanğınsöndürən və xilasedici, 11 yanğınsöndürən təyyarə, 1 helikopter cəlb edilib.

Meşədə yerləşən düşərgələrdən təxminən 170 nəfər təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR