Fransada sanitariya pasportuna qarşı 150-dən çox etiraz aksiyası keçirilib

Fransada sanitariya pasportuna qarşı 150-dən çox etiraz aksiyası keçirilib
# 10 oktyabr 2021 00:30 (UTC +04:00)

Şənbə günü Fransa şəhərlərində sanitariya pasportlarına qarşı 45,300 nəfərin iştirakı ilə 150-dən çox etiraz aksiyaları keçirilib.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirilib ki, etirazçıların sayı hər həftə azalmağa doğru gedir.

Ötən şənbə, təxminən 48 min, sentyabrın 25-də isə 60 min etirazçı aksiyalarla qatılmışdı.

Qeyd edək ki, bu şənbə günü Parisdə ümumilikdə 5300 nəfər nümayiş keçirib. Polislə toqquşma qeydə alınmayıb.

Etirazlar Strasburq, Lion, Nansi, Marsel, Orleanda da keçirilib.

Nitsa şəhərində isə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, artıq 13-cü şənbədir ki, ölkədə analoji nümayişlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR