Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var
# 05 avqust 2021 23:40 (UTC +04:00)

Fransanın cənub-şərqində, Savoya departamentində yüngülmühərrikli turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Savoyya prefekturasına istinadən yazıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib. Təyyarədə dörd nəfər olub, xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR