Fransanın baş naziri koronavirusa yoluxub

Jan Kasteks

© APA | Jan Kasteks

# 23 noyabr 2021 04:12 (UTC +04:00)

Fransanın baş naziri Jan Kasteksin koronavirus testinin nəticələri müsbət çıxıb.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, özünü təcrid vəziyyətində işləməyə davam edə bilməsi üçün baş nazirin iş qrafiki yaxın günlərdə tənzimlənəcək.

Qeyd edək ki, Kasteksin iki qızından biri daha əvvəl koronavirusa yoluxub.

Xatırladaq ki, Baş nazir “AstraZeneca” şirkətinin istehsalı olan peyvəndin hə iki dozasını vurdurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR