Fransanın şimalında qatar bir qrup miqrantı vurub

Fransanın şimalında qatar bir qrup miqrantı vurub
# 05 noyabr 2021 06:15 (UTC +04:00)

Fransanın Kale şəhərində elektrik qatarı bir qrup miqrantı vurub.

APA xəbər verir ki, bu barədə O-de-Frans regionu Şurasının nəqliyyat infrastrukturunun inkişafı üzrə vitse-prezidenti Frank Deren "Twitter"də yazıb.

F.Deren bildirib ki, hadisə yerli vaxtla saat 18:30-da dəmir yolunun “Bo Mare” kvartalından keçən hissəsində baş verib: “Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır”.

Vitse-prezident miqrantların Eritreyadan olduğunu yazıb: “Miqrantlar yağışda dəmir yolu üzərində gəzərkən əlverişsiz hava şəraiti səbəbindən görmə məhdudiyyəti yaranıb və yaxınlaşan qatarı görməyiblər. Qatarda 17 sərnişin olub. Hadisə ilə bağlı Dunkerk və Kale arasında qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkət qrafikinin bərpası cümə günü səhər gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR