Fransaya aid Reyunyon bölgəsində təyyarə qəzaya uğrayıb, ölənlər var

Fransaya aid Reyunyon bölgəsində təyyarə qəzaya uğrayıb, ölənlər var
# 11 oktyabr 2021 02:16 (UTC +04:00)

Fransanın Hind okeanında yerləşən dəniz kənarı bölgəsi Reyunyonda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Nəticədə iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Clicanoo” nəşri yazıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 08:00-da baş verib.

“Bu səhər Silaos şəhərindən havaya qalxan yüngülmühərrikli təyyarə Maido yamacında qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində iki nəfər – “Félix” şirkətinə məxsus təyyarənin pilotu və bir turist həlak olub”, - deyə qəzet yazır.

Hava nəqliyyatı daşımaları jandarmı qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR