G7 ölkələrinin XİN başçıları Liverpulda görüşəcək

G7 ölkələrinin XİN başçıları Liverpulda görüşəcək
# 08 dekabr 2021 18:28 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken sabah Britaniyaya səfər edəcək.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, dövlət katibi 10-12 dekabr tarixlərində İngiltərənin Liverpul şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün sabah Britaniyaya səfər edəcək.

Dövlət katibi nazirlərlə görüşündən sonra dekabrın 13-də İndoneziya, Malayziya və Taylanda səfər edəcək.

Qeyd edək ki, G7 görüşündə Ukrayna sərhədində Rusiya qoşunlarının toplanması, COVID-19 qarşı vaksinlər, qlobal infrastruktur və təhlükəsizlik məsələləri gündəmdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR