G7 sammitində xidmətə cəlb edilən 12 polis koronavirus səbəbindən tədbirdən kənarlaşdırılıb

G7 sammitində xidmətə cəlb edilən 12 polis koronavirus səbəbindən tədbirdən kənarlaşdırılıb
# 11 iyun 2021 22:56 (UTC +04:00)

Bu gün Britaniyanın Kornval bölgəsində başlayan G7 sammitinə nəzarət edən polislərdən birinin koronavirus testi müsbət çıxıb.

APA-nın Britaniya bürosunun G7-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bundan sonra onunla yaxın təmasda olan digər 11 polis əməkdaşı da tədbirdən uzaqlaşdırılıb.

Qeyd edək ki, “Böyük Yeddilər”in zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR