Giorgi Qaxarianın təsis etdiyi siyasi partiyanın adı açıqlanıb

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxaria

© APA | Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxaria

# 28 may 2021 15:15 (UTC +04:00)

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxaria sabah formalaşdırdığı yeni siyasi partiyanı təqdim edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sabiq Baş nazirin partiyasının adı “Gürcüstan üçün” olacaq.

Partiyanın təqdimatında onun üzvlərinin kimliyi də açıqlanacaq. G. Qaxarianın siyasi komandasına qoşulanlar arasında Gürcüstan parlamentinin 6 deputatı ilə yanaşı, Gürcüstan Prezidentinin sabiq müşaviri Giorgi Abaşişvili və Gürcüstanın NATO-da sabiq səfiri Levan Dolidze var.

Qeyd edək ki, sabiq Baş nazir Giorgi Qaxaria bu il fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbs edilməsinə etiraz olaraq istefa verib. O, istefasını eyni zamanda, hakim partiyanın üzvləri ilə fikir ayrılıqları olması ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR