Gürcüstan 1 milyon doza vaksin qəbul edib

Gürcüstan 1 milyon doza vaksin qəbul edib
# 02 iyul 2021 17:24 (UTC +04:00)

Gürcüstan bu gün yeni növ koronavirus (COVID-19) əleyhinə 1 milyon doza "Sinovac" və "Sinopharm" vaksinləri qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə iki milyon doza Çin vaksini sifariş edilib və növbəti bir milyon doza bir neçə həftə ərzində çatdırılacaq. İ. Qaribaşvili əlavə edib ki, ölkədə bazar ertəsindən etibarən kütləvi vaksinasiya prosesinə başlanması üçün hazırlıqlar tamamlanıb.

İ. Qaribaşvili qeyd edib ki, 1 milyon doza "Pfizer" vaksininin əldə edilməsi ilə bağlı istehsalçı şirkətlə razılaşma əldə edilib və vaksinlərin tədarükünə iyuldan başlanacaq. Ümumilikdə isə Gürcüstan hökuməti ilin sonunadək əhalinin COVID-19 əleyhinə vaksinlənməsi üçün 4 milyon doza vaksinin çatdırılmasını planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR