Gürcüstan DİN Saakaşvilinin Ukraynanı tərk etmədiyini bildirib

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 01 oktyabr 2021 15:19 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanı tərk etməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksander Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məlumat Ukrayna tərəfi ilə kommunikasiya nəticəsində əldə edilib: “Saakaşvili Gürcüstanın dövlət sərhədini keçməyəcək. Bizim Ukrayna tərəfi ilə aktiv kommunikasiyamız var və biz əminliklə deyə bilərik ki, o, Ukrayna sərhədini tərk etməyib”.

Nazir müavini xatırladıb ki, sabiq prezidentin həbsi ilə bağlı məhkəmə hökmü var və o, Gürcüstana daxil olacağı təqdirdə dərhal həbs ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR