Gürcüstan parlamentində media işçisinin ölümü ilə bağlı dava düşüb

Gürcüstan parlamentində media işçisinin ölümü ilə bağlı dava düşüb
# 12 iyul 2021 14:06 (UTC +04:00)

Gürcüstan parlamentinin bugünkü iclasında “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının və müxalifət partiyalarının nümayəndələri arasında insident baş verib.

APA-nın xəbərinə görə, bu barədə TASS yerli “Rustavi 2” telekanalına istinadən məlumat yayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələri və müxalif deputatlar “Pirveli TV”nin operatoru Aleksandr Laşkaravanın ölümü ilə bağlı iqtidar deputatları ilə danışıq aparmaq üçün icazəsiz şəkildə iclas zalına daxil olmağa cəhd göstəriblər. Əvvəlcə KİV nümayəndələri və müxalif deputatları zala buraxmasalar da, onlar zala daxil olmağa nail olublar və spikerlərin mikrofonlarına çıxış əldə etməyə cəhd göstərərək media nümayəndəsinin ölümü ilə bağlı suallarına cavab verilməsini tələb ediblər.

Hazırda parlamentin iclası dayandırılıb.

Qeyd edək ki, iyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq xəsarət alan A. Laşkarava xəstəxanada vəfat edib. Polis media işçisinə hücumla əlaqədar bir neçə nəfəri saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR