Gürcüstan parlamentinin Komitəsi azərbaycanlıların -ov, -yev soyad sonluqlarından imtina təşəbbüsünü dəstəkləyib

Gürcüstan parlamentinin Komitəsi azərbaycanlıların -ov, -yev soyad sonluqlarından imtina təşəbbüsünü dəstəkləyib
# 02 avqust 2021 12:35 (UTC +04:00)

Gürcüstan parlamentinin Prosedural Məsələlər və Qaydalar Komitəsi ölkənin etnik azərbaycanlı vətəndaşları tərəfindən yaradılmış təşəbbüs qrupunun qeydiyyatdan keçirilməsi məsələsini dəstəkləyib.

APA-nın yerli bürosu Gürcüstanın “İmedi” telekanalına istinadən xəbər verir ki, təşəbbüs qrupu qeyri-milli soyad sonluqlarından (-ov, -yev və. s.) imtina edərək milli soyad sonluqlarının bərpasını istəyən etnik azərbaycanlılar tərəfindən yaradılıb.

Təşəbbüs qrupunun nümayəndələri bildiriblər ki, müvafiq qanun layihəsi hazırlanaraq azı 2500 seçicinin təşəbbüsü ilə parlamentə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR