Gürcüstan Səhiyyə Nazirliyi: “Ölkədə pandemiyanın beşinci dalğası başlayıb”

Gürcüstan Səhiyyə Nazirliyi: “Ölkədə pandemiyanın beşinci dalğası başlayıb”
# 17 oktyabr 2021 16:22 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVİD-19) pandemiyasının beşinci dalğası başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze “Birinci Kanal”-a müsahibəsində bildirib.
Amiran Qamkrelidze yoluxmaların ciddi artdığını və bunun beşinci dalğanın başlanğıcı olduğunu qeyd edib: “Ona görə də biz bütün tövsiyələrə əməl etməli, maska taxmalı, sosial məsafəni gözləməli, kütləvi toplaşma yerlərindən uzaq durmalı və peyvənd olunmalıyıq”.
Baş direktoru əhalini peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, Gürcüstanda son sutka ərzində COVID-19-a 4 581 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 662 334, ölənlərin sayı isə 9 468 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR