Gürcüstan sülhməramlı bölmələrini Əfqanıstandan çıxarıb

David Zalkaliani

© APA | David Zalkaliani

# 28 iyun 2021 16:25 (UTC +04:00)

Gürcüstan sonuncu sülhməramlı bölmələrini də Əfqanıstandan çıxarıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “Twitter”də bildirib.

O qeyd edib ki, 17 illik xidmətdən sonra Gürcüstan Müdafiə Qüvvələrinin sonunu bölmələri də Əfqanıstandan çıxarılıb.

XİN başçısı gürcü hərbçilərə beynəlxalq sülh və təhlükəsizliyə verdikləri töhfəyə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR