Gürcüstanda 111 yaşlı qadın COVID-19-dan sağalıb - FOTO

Leonila Qvacava

© APA | Leonila Qvacava

# 06 sentyabr 2021 16:21 (UTC +04:00)

Gürcüstanda 111 yaşlı qadın yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi Respublika Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, təxminən 2 həftə xəstəxanada müalicə alan Leonila Qvacavanın səhhəti yaxşılaşıb və o, bu gün evə buraxılıb.

L. Qvacava xəstəliyi orta-ağır keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR