Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib
# 11 iyul 2021 10:38 (UTC +04:00)

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.

APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.

Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR