Gürcüstanda aksiyada jurnalistlərə zorakılıq tətbiq edən daha 4 nəfər saxlanılıb

Gürcüstanda aksiyada jurnalistlərə zorakılıq tətbiq edən daha 4 nəfər saxlanılıb
# 07 iyul 2021 11:05 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyinin həyata keçirdiyi operativ istintaq tədbirləri nəticəsində Tbilisidə LGBT aktivistlərinin “Ləyaqət yürüşü” əleyhinə aksiya zamanı jurnalistlərə qarşı zorakılıq tətbiq etdiyi müəyyən edilən daha 4 nəfər saxlanılıb.

APA-nın yerli bürsu xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, saxlanılan şəxslərin iyulun 5-də paytaxtın Rustaveli prospektində “Ləyaqət yürüşü” əleyhinə aksiyanı işıqlandıran jurnalistlərə və operatorlara qarşı fiziki və verbal təzyiq göstərdiyi müəyyən edilib. Bununla da media nümayəndələrinə təzyiq göstərdiyi müəyyən edilərək saxlanılanların sayı 7 nəfər çatıb.

Həmçinin qeyd olunub ki, Rustaveli prospektində iyulun 6-da keçirilən ikinci mitinq zamanı polis tərəfindən aşkar edilmiş qanun pozuntusu faktları ilə əlaqədsar 100 aksiya iştirakçısı inzibati qaydada həbs edilib, onlardan 68-i girov müqabilində azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR