Gürcüstanda Avropa İttifaqının bayrağının yandırılmasına görə cərimə tətbiq ediləcək

Avropa İttifaqının bayrağı

© APA | Avropa İttifaqının bayrağı

# 21 iyul 2021 13:17 (UTC +04:00)

Gürcüstanda hökumət binalarının yaxınlığında Avropa İttifaqının (Aİ), Avropa ölkələrinin, beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik əlaqələrinin olduğu ölkələrin bayrağının yandırılmasına görə maliyyə sanksiyası tətbiq ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, qanunvericiliyə müvafiq dəyişikliklərə əsasən bayrağın zədələnməsi halına ilk dəfə yol verdikdə 1000 lari (552 manat) məbləğində cərimə tətbiq ediləcək.

Eyni hal təkrarlandığı təqdirdə şəxs inzibati qaydada həbs ediləcək.

Bu gün Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava tərəfindən müxalif fraksiyaların liderlərinə təqdim edilən qanun layihəsinin parlamentin növbədənkənar iclasında səsə qoyulacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR