Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub

Kaxa Kaladze, Tbilisi meri

© APA | Kaxa Kaladze, Tbilisi meri

# 31 oktyabr 2021 09:15 (UTC +04:00)

Oktybrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb.
İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib. Müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb. Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə də hakim partiyanın namizədləri qələbə qazanıblar. Müxalifətin namizədi yalnız Tsalenjika şəhərində qələbə qazanıb.
Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR