Gürcüstanda COVID-19-a daha 2 261 yoluxma qeydə alınıb, 18 nəfər ölüb

Gürcüstanda COVID-19-a daha 2 261 yoluxma qeydə alınıb, 18 nəfər ölüb
# 22 iyul 2021 10:30 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 261 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və ictimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 395 621, xəstəlikdən ölənlərin sayı isə 5 636 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 369 483 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR