Gürcüstanda COVID-19-a yoluxanların sayı 570 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı  570 mini ötüb
# 08 sentyabr 2021 10:42 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 668 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 570 493, ölənlərin sayı isə 7 977 nəfərə çatıb. Virusa yoluxanlardan 527 337 nəfərin (92%) sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR