Gürcüstanda COVID-19-a yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır

Gürcüstanda COVID-19-a yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır
# 05 avqust 2021 11:22 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkləzinin direktor müavini Paata İmnadze deyib.

Onun sözlərinə görə, ölkədə "Delta" ştammına yoluxma üzrə Tbilisi və Batumi şəhərləri liderdir.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğası pik həddə çatıb. Epidemioloji vəziyyətin kəskinləşməsinin 2-3 həftə davam edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR