Gürcüstanda COVID-19-dan ölənlərin sayı 9 192 nəfərə çatıb

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 9 192 nəfərə çatıb
# 08 oktyabr 2021 11:08 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 261 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 628 719, xəstəlikdən ölənlərin sayı isə 9 192 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 597 654 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR