Gürcüstanda daha 5 553 nəfər COVID-19-a yoluxub, 47 nəfər ölüb

Gürcüstanda daha 5 553 nəfər COVID-19-a yoluxub, 47 nəfər ölüb
# 02 noyabr 2021 10:29 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 553 yoluxma halı qeydə alınıb, 47 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 726 941, xəstəlikdən ölənlərin sayı isə 10 136 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 669 822 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR